Xezerxeber.az xəbər verir ki, humanitar yardım daşıyan avtomobillərə işğaldan azad olunan ərazilərdə heçbir maneə yaradılmayıb. İndi onlar Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentin yerləşdiyi ərazidən keçid edərək Xankəndi istiqamətinə doğru hərəkət edir.
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında humanitar yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə humanitar yardım daşıyacaq.