Xəzər Xəbər

Ağdam istiqamətində ermənilərin təxribatının qarşısı alındı MN

Gündəm | 19:36 • 17 Sentyabr 2023
Ağdam istiqamətində ermənilərin təxribatının qarşısı alındı

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Xezerxeber.az bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Xəbər lenti