Ermənistan azərbaycanlı əsir və girovlardan Azərbaycana qarşı məqsədlər üçün də istifadə edib.
Xezerxeber.az xəbər verir ki, bunu əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Azərbaycanlı əsir və girovlar dağıdıcı proseslərdə qul kimi işlədilib. Çoxu da həmin prosesdə həlak olub", - o əlavə edib.
Eldar Səmədov Ermənistan tərəfinin özlərinin itkin düşmüş şəxsləri barədə prosesi irəli aparmaqda o qədər də maraqlı olmadıqlarını deyib: "Çünki onlar bir sıra cinayət faktlarının üstünün açılmasından qorxurlar".