Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var.
Xezerxeber.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Lakin təəssüf ki, Ermənistan bu mövzuda da qeyri-konstruktiv addımlar atır, koordinatları Azərbaycan tərəfinə vermir", - o əlavə edib.