Xəzər Xəbər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutub

Gündəm | 21:11 • 16 Sentyabr 2023
Azərbaycan Ordusunun mövqeləri atəşə tutub

Sentyabrın 16-sı saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar