Xəzər Xəbər

Erməni silahlıları səngər qazmağa cəhd göstəriblər

Gündəm | 14:25 • 16 Sentyabr 2023
Erməni silahlıları səngər qazmağa cəhd göstəriblər

Sentyabrın 16-sı saat 13:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Xəbər lenti