Xəzər Xəbər

Bakıdan göndərilən yardım maşınları 19 gündür Ağdam - Xankəndi yolunda gözləyir

Gündəm | 09:50 • 16 Sentyabr 2023
Bakıdan göndərilən yardım maşınları 19 gündür Ağdam - Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür ki, Ağdam -Xankəndi yolundadır.

Xezerxeber.az xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam - Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar. 

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllülər cavab gözləyir.

Xəbər lenti

Çox oxunanlar