Azərbaycan tərəfdən sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi ilə bağlı müsbət cavab alınıb.
Xezerxeber.az "sputnik armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.
“Güman edirəm ki, tezliklə görüşümüz olacaq”, - Qriqoryan bildirib.
O, gündəlikdə duran məsələlərin müzakirə olunacağını söyləyib. Mher Qriqoryan görüşün tarixi və yeri haqqında dəqiq məlumat olmadığını açıqlayıb.
Qriqoryanın sözlərinə görə, danışıqların tarixi və baş tutacağı yerlə bağlı dəqiq məlumat hələlik yoxdur.
Baş nazirin müavini qeyd edib ki, Arazdəyən-Mehri-Horadiz dəmiryolu xəttinin işə salınması ilə regional kommunikasiyaların açılmasına başlamaq üçün Azərbaycanla mühüm konsensus əldə olunub.
"Həmçinin, hamı anlayır ki, yolun keçəcəyi ölkələrin suverenliyi prinsipi çərçivəsində addım atılmalıdır",- o deyib.