Xəzər Xəbər

Ermənistanda dövlət səviyyəsində nifrət nitqi və dözümsüzlüyü var XİN

Gündəm | 12:19 • 21 İyun 2023
Ermənistanda dövlət səviyyəsində nifrət nitqi və dözümsüzlüyü var

Ermənistanda dövlət səviyyəsində nifrət nitqi və dözümsüzlüyü var.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tvitter hesabında qeyd edib.

A.Hacızadə bildirib ki, Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur.

“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib.

"Ermənistanda nifrət nitqinin dayandırılması təşəbbüsü yoxdur. “erməni kimliyinə” istinad çox vaxt nitq və hərəkətlərdə dözümsüzlük, nifrətin qızışdırılması üçün sui-istifadə olunur və ayrı-seçkiliyə qarşı mübarizə ilə bağlı hərtərəfli hüquqi müddəalar yoxdur. Bu, Ermənistanda dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün olduğunu bir daha sübut edir”, - deyə paylaşımda bildirilib.

Xəbər lenti

Çox oxunanlar