Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Xezerxeber.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.
Püşkatmada birinci mərhələnin 15 cütü müəyyənləşib.
Yarışa bu mərhələdən qatılacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bu gün bilinib. "Səpələnmişlər" səbətində yer alan Q.Qurbanovun komandası “Linkoln Red İmps”lə (Cəbəllütariq) qarşılaşacaq.
Xatırladaq ki, iyunun 21-də ÇL-də ikinci mərhələnin püşkatması keçiriləcək. Birinci mərhələnin oyunları isə 11/12 iyul və 18/19 iyulda olacaq.