Xəzər Xəbər

Siyasi partiyalarla bağlı bir sıra CƏRİMƏ mexanizmləri yaradılır QANUN LAYİHƏSİ

Gündəm | 14:30 • 20 İyun 2023
Siyasi partiyalarla bağlı bir sıra CƏRİMƏ mexanizmləri yaradılır

Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə cərimə müəyyənləşir.

Xezerxeber.az-ın xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək.

Qanunsuz ianələrlə bağlı cərimələr layihəsinə əsasən isə siyasi partiya tərəfindən siyasi partiyanın üzvü və ya digər şəxsdən il ərzində “Siyasi partiyalar haqqında" qanunla müəyyən edilmiş məbləğdən (dəyərdən) məbləğdən və ya ianənin qəbil edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan artıq qəbul edilmiş üzvlük haqqı və ya ianə müsadirə edilməklə onun məbləğinin (dəyərinin) səksən faizindən yüz faizinədək məbləğdə cərimə ediləcək.

Partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə məlumat verilməməsinə görə də cərimə tətbiq olunacaq.

Layihəyə əsasən, siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə "Siyasi partiyalar haqqında" qanun ilə müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 3 min manatadək məbləğdə cərimə ediləcəklər.

Siyasi partiyanın Azərbaycandan kənarda istənilən növ hesab açmasına gəldikdə layihəyə əsasən, siyasi partiyanın Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək. Bu xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə ediləcək.

Əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi də cəriməyə səbəb olacaq.

Belə ki, layihəyə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin siyasi partiyaya üzv qəbul edilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcək.

Xəbər lenti

Çox oxunanlar