Xəzər Xəbər

Xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb

Gündəm | 10:24 • 20 İyun 2023
Xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb

Ötən gündən etibarən xarici ölkələrdə təhsil almış həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu daha bir il uzadılıb.

Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib. O bildirib ki, xarici ölkədə təhsil alan həkimlərin dövlət tibb müəssisələrində işə qəbulu 2024-cü ilədək davam edəcək: “Bu qərar əhalinin icbari tibbi sığorta çərçivəsində xidmətlərə çıxış imkanını genişləndirməyə, TƏBİB daxilindəki kadr çatışmazlığının aradan qaldırılmasına, xarici üsulların səhiyyəmizdə tətbiq edilməsinə imkan yaradır”.

Xəbər lenti

Çox oxunanlar