Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin nümayəndə heyəti Ermənistana səfər edəcək.
Xezerxeber.az Avropa Parlamentinin saytına istinadən xəbər verir ki, avropalı parlamentarilər iyunun 19-22-də Ermənistanda səfərdə olacaqlar.
Bildirilib ki, Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin (SEDE) səfərinin əsas məqsədi Ermənistandakı təhlükəsizlik vəziyyətini, Ermənistanla Azərbaycan arasında normallaşma prosesini, eləcə də fevral ayında fəaliyyətə başlayan Aİ-nin Ermənistandakı mülki missiyasının (EUMA) fəaliyyətini qiymətləndirməkdir.
Nümayəndə heyəti Ermənistan hökumətinin nazirləri və Ermənistan parlamentinin nümayəndələri, həmçinin Aİ-yə üzv dövlətlərin səfirləri ilə görüşəcək.
Komitə sədri Nathalie Loiseaunun başçılıq etdiyi nümayəndə heyəti müxtəlif siyasi qrupların təmsilçiləri olan deputatlarından ibarətdir: Arnaud Danjean (EPP, FR), Michael Gahler (EPP, DE), Gheorghe-Vlad Nistor (EPP, RO), Lars Patrick Berg (ECR, DE), Fabio Massimo Castaldo (NI, IT).