Dünən "Laçın" sərhəd-buraxılış məntəqəsində Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazisində dalğalanarkən Azərbaycan Sərhəd Mühafizəsinin hərbi qulluqçularına atəş açılıb.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə "Twitter" hesabında bildirib.
"Bu körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan isə orada Azərbaycan bayrağının dalğalandırılmasının əsassız olduğunu iddia edir", -deyə o əlavə edib.