Ermənistan və Azərbaycan xarici işlər naziri tezliklə Vaşinqtonda görüşəcəklər.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Yaxın zamanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü baş tutacaq. Ümid edirəm ki, son Vaşinqton görüşündə əldə edilmiş müəyyən irəliləyişlər daha inkişaf etdiriləcək”, - Ermənistan hökumətinin başçısı bildirib.