ABŞ Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır
Xezerxeber.az-ın məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.
"Biz vəziyyətlə bağlı hələ də narahatıq və hər iki tərəfi qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün birgə çalışmaya çağırırıq. Ümumiyyətlə, biz inanırıq ki, [sülh] razılaşması hələ də əldə edilə bilər və irəliyə doğru getmək üçün hər iki tərəflə görüşməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.
Qeyd edək kii, 15 iyun 2023-cü il tarixdə, saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Yaralanan hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib, həyatı üçün təhlükə yoxdur