Xəzər Xəbər

“Laçın” sərhəd-buraxılış məntəqəsində gediş-gəliş tam DAYANDIRLIB

Gündəm | 16:35 • 15 İyun 2023
“Laçın” sərhəd-buraxılış məntəqəsində gediş-gəliş tam

Hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçidin açılmayacağı bildirilir.

Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.

Xəbər lenti