Xəzər Xəbər

Pakistan Baş naziri Kəşmir məsələsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

Gündəm | 14:35 • 15 İyun 2023
Pakistan Baş naziri Kəşmir məsələsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

"Cənab Prezident sizə təşəkkür edirəm. Siz hər zaman Kəşmir məsələsində bizim bacı-qardaşlarımızın yanında olmusunuz. Son 70 ildən artıq bir dövrdə biz Hindistanın terror aktlarına, misilsiz zorakılığına məruz qalmışıq."

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.

Pakistan hökumət başçısı qeyd edib ki Kəşmirlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib.

“Cənab Prezident mənəvi dəstəyə görə sizə təşəkkür edirəm. Bu, bizim üçün çox dəyərlidir. Bu, bizim Kəşmirli bacı-qardaşlarımızı ruhlandırır ki, onlar bir gün öz müqəddəratlarının təyin olunması məsələsinə nail olacaqlar”, - Baş nazir vurğulayıb.

Xəbər lenti