Pakistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Xezerxeber.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.
“Biz Qarabağ üzərində Azərbaycanın hüququnu hər zaman birmənalı olaraq dəstəkləmişik. Sizin ordunuz cəsurcasına döyüşərək Qarabağı geri qaytarmış və öz hüququnu bərpa etmişdir. Pakistan da Azərbaycanı dəstəkləmişdir. Bu bizim qardaş olaraq vəzifəmiz və borcumuz idi ki, biz bunu həyata keçirmişik”, - Baş nazir vurğulayıb.