Bolqarçay su anbarının yaxınlığlnda qərargah qurulub.
Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin 22 nəfərdən ibarət xilasediciləri və 5 nəfərlik sularda xilasetmə dalğıcları Bolqarçay su anbarının (Platina) üstündə qərargah qurublar.
Biləsuvar Rayon İcra Hakimiyyəti və rayonun hüquq - mühafizə orqanlarının rəhbərləri də qurulan qərargahdadır.
Qərargah əsasən müşahidə xarakteri daşıyır.
Artıq İran İslam Respublikası ərazisindən Bolqarçaya 5 kubdan çox suyun Azərbaycan ərazisinə keçdiyi müşahidə olunur.
Müşahidələrə uyğun olaraq yaxın saatlarda görüləcək işlərlə bağlı qərar veriləcək.