Ermənistan xarici işlər naziri Ararat Mirzoyan regional kommunikasiyaların açılmasına dair danışıqlarda müəyyən irəliləyiş görür.
Xezerxeber.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu XİN başçısı parlamentdə deyib.
Amma o bildirib ki, hələlik yekun nəticə yoxdur və o, müzakirələrin təfərrüatlarını açıqlaya bilmir.
O, hökumətin kommunikasiyaların, xüsusən də “Erməni kəsişməsi” konsepsiyası çərçivəsində açılmasında maraqlı olduğunu bildirib.