Xəzər Xəbər

Əli Əsədovla Cevdet Yılmaz telefonda DANIŞIB

Gündəm | 14:32 • 14 İyun 2023
Əli Əsədovla Cevdet Yılmaz telefonda

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Xezerxeber.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istiandən bildirir ki, telefon danışığı əsnasında Baş nazir Ə.Əsədov C.Yılmazı Türkiyənin vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə bir daha təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

İki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

Türkiyə Prezidentinin Azərbaycana son səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətə hazırlıq ifadə olunub.

Eyni zamanda, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində görüləcək işlər nəzərdən keçirilib.

Xəbər lenti

Çox oxunanlar