"Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Zəngəzur dəhlizi İranla bağlı bir problemdir. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi kədərləndirir. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zamanda bu problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar” - o qeyd edib.
"Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi İrəvanla münasibətlərinin normallaşmasına əhəmiyyətli töhfə verəcək"- deyən Ərdoğan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib.
“Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - o vurğulayıb.