Xəzər Xəbər

Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatıb FOTO/YENİLƏNİB

Gündəm | 18:13 • 13 İyun 2023
Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb.

Xezerxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola saldı.

17:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri başa çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı Tvitterdə bildirib.

Xəbər lenti