Xəzər Xəbər

Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq ƏRDOĞAN/VİDEO

Gündəm | 14:49 • 13 İyun 2023
Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq

Zəngəzur dəhlizinin tez bir zamanda açılması önəmlidir

Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, bu həm də Türkiyə ilə Naxçıvan arasında nəqliyyatı asanlaşdıracaq: “Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır”.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafına səbəb olacaq: “Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da savaşdan sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ savaşından sonra necə inkişaf etdiyini göstərir. İyirmi il əvvəl Bakını və indi də Qarabağı da düşünürəm”.

Xəbər lenti

Çox oxunanlar