Xəzər Xəbər

Azərbaycan bayrağını yandırdığına görə DÜNYA ÇEMPİONATI Ermənistandan ALINDI

Gündəm | 15:25 • 12 İyun 2023
Azərbaycan bayrağını yandırdığına görə DÜNYA ÇEMPİONATI Ermənistandan

2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib.

Qurum yarışı təşkilatçılığına 3 namizəd arasında seçim edib. 

İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.

Qeyd edək ki, Ermənistanda keçirilən son qitə çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Xəbər lenti