Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.
Ərdoğan Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Ölkə liderləri Ankara ilə Bakı arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələsini müzakirə edəcəklər.
Azərbaycan və Türkiyə Prezidentləri həmçinin Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər.
Qafqaz regionunda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.