Əsas ərzaq mallarının ehtiyatlarının yaradılması istiqamətində də ciddi iş aparılır və bunun nəticəsində hökumət əhalini zəruri ərzaq məhsulları ilə təmin etməyə nail olub.
Xezerxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyunun 9-da Rusiya Federasiyasının Soçi şəhərində III Avrasiya Konqresinin plenar iclasında çıxışında bildirib.
“Dövlət başçısının tapşırığı ilə 2022-ci ilin iyul ayında Nazirlər Kabineti buğda ilə özünü təminetmə səviyyəsinin artırılması və yerli istehsalçılara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sərəncam verib.
Dövlət Taxıl Fondu ehtiyatlarının artırılması və ərzaq təminatının formalaşdırılması üzrə paralel tədbirlər görülür”,-deyə Baş nazir bildirib.
“Məhz bu məqsədlə 2021-ci ilin oktyabrında Azərbaycan Prezidenti tərəfindən Dövlət Ehtiyatları Agentliyi yaradılıb. Cari ilin yanvarında Hökumət Dövlət Taxıl Fondunun ehtiyatları üçün idxal olunan taxıl və taxılın emalı məhsullarını gömrük rüsumundan azad edib”, - deyə Baş nazir diqqətə çatdırıb.