Xəzər Xəbər

Vaşinqton danışıqları TEZLİKLƏ baş tuta bilər BAŞ NAZİRİN MÜAVİNİ

Gündəm | 14:55 • 9 İyun 2023
Vaşinqton danışıqları TEZLİKLƏ baş tuta bilər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında təxirə salınmış Vaşinqton danışıqları tezliklə baş tuta bilər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Baş nazir müavini Tiqran Xaçatryan jurnalistlərə bildirib.

İrəvanın sülh sazişi ilə bağlı təkliflərinə Azərbaycanın cavablandırması barədə danışan Xaçatryan qeyd edib ki, tərəflər arasında fikir mübadiləsi aparılır və sırf bu məsələ üzərində dayanıb qalmamalıdırlar:

“Vacib olan budur ki, son müzakirələr və danışıqlar zamanı tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması qeydə alınıb”.

 

Xəbər lenti