Xəzər Xəbər

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə AÇIQLAMA

Gündəm | 15:41 • 5 İyun 2023
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə AÇIQLAMA

Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib. 

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.

“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024