Xəzər Xəbər

Nazir: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qaçılmazdır

Gündəm | 12:03 • 5 İyun 2023
Nazir: Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qaçılmazdır

Sülh müqaviləsi üzrə danışıqların başlanması, baza prinsipləri Azərbaycan tərəfinin təşəbbüsüdür. İlk sülh müqaviləsi layihəsi də Azərbaycan tərəfindən təqdim olunub.  

Xezerxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

"Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil”, - nazir deyib.

Xəbər lenti

Çox oxunanlar