Xəzər Xəbər

Ermənistan və Azərbaycan Moskvada qarşılıqlı ərazi bütövlüyünün tanınması barədə sənəd imzalaya bilərlər İDDİA

Gündəm | 10:10 • 25 May 2023
Ermənistan və Azərbaycan Moskvada qarşılıqlı ərazi bütövlüyünün tanınması barədə sənəd imzalaya bilərlər

Ermənistan mediası Moskva görüşü ilə bağlı maraqlı iddia irəli sürüb.

Xezerxeber.az xəbər verir ki, "Hraparak" nəşrinin yaydığı məlumata görə, bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiyanın paytaxtında keçiriləcək görüşündə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq.

"Rəsmi dairələrdə qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokolun imzalanmasını istisna etmirlər, üstəlik, əmindirlər ki, bu, artıq imzalanıb, sadəcə olaraq, sənədin ictimailəşdirilməsi üçün düzgün yer və məkan seçmək qalır", - nəşr bildirib. 

Sözügedən sənədin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi gözlənilir. 

Xəbər lenti

Çox oxunanlar