Xəzər Xəbər

Hesablama Palatası AzTV-də yoxlamalar aparır

Gündəm | 13:26 • 3 Aprel 2023
Hesablama Palatası AzTV-də yoxlamalar aparır

Hesablama Palatası kollegiya qərarına əsasən aprelin 3-dən etibarən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) audit aparır.

Xezerxeber.az bu barədə Palataya istinadən məlumat verir. 

Qeyd olunur ki, Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir və kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Milli Məclisə göndərildikdən sonra verilir.

Xəbər lenti

Çox oxunanlar