Xəzər Xəbər

Xarici jurnalistlər Laçın-Xankəndi yolunda olub, aksiyanı işıqlandırıblar FOTO

Gündəm | 13:33 • 2 Aprel 2023
Xarici jurnalistlər Laçın-Xankəndi yolunda olub, aksiyanı işıqlandırıblar

Aprelin 2-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün əraziyə gəliblər.

Böyük Britaniyadan olan müxbir Eror Aleksandar və serbiyalı fotoqraf Nemanya Knezeviç Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıblar. Onlar Laçın-Xankəndi yolunda hərəkətin sərbəstliyinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.

Xaricə media nümayəndələri Şuşadakı tarixi məkanlarla, şəhər işğal altında olarkən ermənilər tərəfindən törədilən vandalizmlə də tanış olublar. Onlara hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Xəbər lenti