Xəzər Xəbər

XİN Fazil Mustafaya qarşı terror izlərinin İrana aid olduğunu təsdiqlədi

Gündəm | 16:00 • 31 Mart 2023
XİN Fazil Mustafaya qarşı terror izlərinin İrana aid olduğunu təsdiqlədi

Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə XİN mətbuat katibi Ayxan Hacızadənin 31 mart tarixində İranın Xarici İşlər Nazirliyin mətbuat katibi Nasir Kənani tərəfindən səslənmiş iddialara cavabında qeyd edilib.

"Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar", - deyə qeyd olunub.

 

Xəbər lenti

Çox oxunanlar