Xarici işlər naziri Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə paylaşım edib.
Xezerxeber.az xəbər verir ki, paylaşımda deyilir:
“Minlərlə azərbaycanlının ermənilər tərəfindən etnik zəmində öldürüldüyü Mart qırğınından 105 il keçir. Azərbaycanlıların Soyqırımı Günündə biz ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin qurbanlarını anır və belə cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, - o deyib.