Xəzər Xəbər

Naxçıvan MR Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır

Gündəm | 11:07 • 30 Mart 2023
Naxçıvan MR Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır

Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır.

Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.

"Prokurorluq haqqında" qanuna təklif olunan dəyişikliyə görə isə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu Azərbaycan Respublikasının Prokurorluğu sistemindən də çıxarılır.

Qeyd edilib ki, qanun layihəsi Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yenilən təşkil olunması ilə əlaqədar hazırlanıb.

Xəbər lenti

Çox oxunanlar