Xəzər Xəbər

TƏBİB Fazil Mustafanın vəziyyəti barədə açıqlama verib

Gündəm | 14:25 • 29 Mart 2023
TƏBİB Fazil Mustafanın vəziyyəti barədə açıqlama verib

"Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər göstərilib, hazırda müalicəsi davam edir".

Xezerxeber.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, o, hazırda həkim müşahidəsi altındadır.

Xatırladaq ki, ötən gün Sabunçu rayonu, Zabrat qəsəbəsində millət vəkili Fazil Mustafa evinin qarşısında silahlı hücuma məruz qalıb. 

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti