Ermənistanın mina terroru azərbaycanlıların həyatına son qoymağa davam edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.
Qeyd edilib ki, bu gün Azərbaycanın mülki şəxsi minanın partlaması nəticəsində ağır yaralanıb, nəticədə 2020-ci il müharibəsinin sonra ölən və yaralananların sayı 284-ə yüksəlib.
“Beynəlxalq tərəfdaşlar Ermənistanın terroruna biganə qalmamalıdır!”, - məlumatda vurğulanır.