Xəzər Xəbər

Azərbaycan Prezidenti: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq

Gündəm | 11:20 • 9 Mart 2023
Azərbaycan Prezidenti: Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq

Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.

Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib. “Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.

Xəbər lenti

Çox oxunanlar