Xəzər Xəbər

Prezident İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq

Gündəm | 15:50 • 8 Mart 2023
Prezident İlham Əliyev: Aİ ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq

Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024