Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür məktubu ünvanlayıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, məktubda Kahramanmaraş bölgəsində baş vermiş güclü zəlzələnin ilk saatlarından qardaş Azərbaycan tərəfindən Türkiyə dövlətinə və xalqına göstərilən dəstəyə, nümayiş etdirilən həmrəyliyə görə minnətdarlıq ifadə edilib.