Xəzər Xəbər

Ötən il ombudsmanın vəsatəti ilə 31 məhkum əfv edilib

Gündəm | 14:00 • 7 Mart 2023
Ötən il ombudsmanın vəsatəti ilə 31 məhkum əfv edilib

Fəaliyyət dövründə ombudsmanın vəsatəti ilə ümumilikdə 805, ötən il isə 31 məhkum əfv edilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri parlamentdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsini təqdim edən ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə saxlanma şəraitinin, rəftar məsələlərinin, sənədləşmənin, habelə daxil olmuş müraciətlərin araşdırılması məqsədilə il ərzində 201 başçəkmə həyata keçirilib. Bu başçəkmələr zamanı 2025 şəxslə konfidensial görüş baş tutub. Onlardan 36-sı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ombudsmana görüş xahişi ilə bağlı ünvanlanan məktubda adları qeyd edilən şəxslər olub.

Səbinə Əliyeva qeyd edib ki, həmin şəxslərin hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri dinlənilib, bir çox məsələlər yerində həll edilib, digər hallarla bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər olub.

Xəbər lenti

Çox oxunanlar