Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin donor tərəfdaş qismində təmsil olunduğu Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xezerxeber.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.