Prokurorluq Hacı Şahin Həsənlinin ölümü ilə bağlı araşdırma aparır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.