Respublika Hərbi Prokurorluğunun baş müstəntiqi polkovnik-leytenant Ceyhun Hüseynovun həyat yoldaşını döyərək ona xəsarət yetirməsi barədə məlumatlar araşdırılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hərbi prokurorluq əməkdaşının həyat yoldaşının mediada yayılmış videomüraciəti ilə bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır.
Qeyd edək ki, yayılan məlumatlara görə, zərərçəkmiş Nərgiz Hüseynova həyat yoldaşının onu dəfələrlə döydüyünü, üstünə silah çəkdiyini iddia edib.
Ceyhun və Nərgiz Hüseynovların birgə evlilikdən iki övladı var. Zərərçəkmiş şəxsin dediyinə görə, həyat yoldaşı azyaşlı uşaqlarını da mütəmadi olaraq ondan almağa çalışıb, onu ölümlə hədələyib.