Xəzər Xəbər

Kamran Əliyev: Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

"Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək"
Gündəm | 12:24 • 1 Mart 2023
Kamran Əliyev: Naxçıvan Prokurorluğunda vətəndaşların şikayətləri əsasında bir neçə cinayət işi başlanılıb

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun yeni rəhbərliyi ilə birgə vətəndaşlardan daxil olan ərizə və şikayətləri diqqətlə araşdırır. Hazırda həmin ərizə və şikayətlər əsasında bir neçə cinayət işi başlanılıb. Gələcəkdə istintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında saflaşdırma işləri davam etdiriləcək: “Həm Baş Prokurorluğun, həm də Naxçıvan Muxtar Respublikasının Prokurorluğunun əməkdaşlarından ibarət birgə istintaq qrupları yaradılıb. Hesab edirəm ki, bu işlərin də kifayət qədər səmərəsi olacaq”.

Xəbər lenti