Xəzər Xəbər

Dövlət qulluqçularının 18 faizi 30 yaşdan aşağı gənclərdir

Gündəm | 11:42 • 2 Fevral 2023
Dövlət qulluqçularının 18 faizi 30 yaşdan aşağı gənclərdir

Dövlət qulluqçularının 18 faizi 30 yaşdan aşağı gənclərdir. Həmçinin dövlət qulluqçularının 36 faizi 35 yaşdan aşağı gənclərdir.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğu sahəsində aparılan islahatlar 50 faizə qədər insanın 35 yaşdan aşağı olmasına istiqamətlənib. Bununla yanaşı, dövlət qulluğunda yaşlı insanların təcrübəsi də vacibdir. Bu balansı qorumaq lazımdır.

Xəbər lenti

Çox oxunanlar