Xəzər Xəbər

Elm və təhsil nazirinə yeni müavin təyin edilib

Gündəm | 14:26 • 31 Yanvar 2023
Elm və təhsil nazirinə yeni müavin təyin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib. 

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Xəbər lenti

Çox oxunanlar