Fransa Senatında Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktı ilə bağlı məsələ qaldırılacaq.
Bu barədə Modern.az-a eksklüziv açıqlamasında Fransa Senatının üzvü Natali Qule bildirib.
Onun sözlərinə görə, Fransa Senatının sabah keçiriləcək iclasında Azərbaycan səfirliyinə silahlı hücum edilməsinə də toxunulacaq və İranın məsuliyyətsiz davranışı pisləniləcək.
Qeyd edək ki, yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edilib. Silahlı hücum zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, daha iki əməkdaş isə yaralanıb. Terror aktını törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.